Go Back   Aleviweb.com - Alevi Alevilik ve Aleviler Forumu > Kültür-Sanat > Edebiyat

Edebiyat Edebi yazılar, şiirler, sizin şiirleriniz, edebiyat tartışmaları

Cevapla
 
Seçenekler Arama Stil
Alt 29.01.2009, 16:05   #41
Yazar
Zaur
Forumun Bir Parçası
 
Zaur - ait Kullanıcı Resmi (Avatar)
 
Bilgiler

Üyelik tarihi: 22.01.2008
Mesajlar: 747
Memleket: OUT OF TURKEY
Cinsiyet:
Zaur - İCQ üzeri Mesaj gönder Zaur - MSN üzeri Mesaj gönder
 
Fikirler Tecrübe Puanı: 49
İtibar Puanı: 205
Zaur hakkında olumlu dusunceler mevcutZaur hakkında olumlu dusunceler mevcutZaur hakkında olumlu dusunceler mevcut
Zaur - İCQ üzeri Mesaj gönder Zaur - MSN üzeri Mesaj gönder

Ettiği Teşekkür: 784
471 Mesajına 769 Kere Teşekkür Edlidi


Thumbs up Halil Rza Ulutürk HAKKİNDA.

Halil Rza Ulutürk


Biografiya

İSTİQLAL NƏĞMƏKARI
XƏLİL RZA ULUTÜRK

1932-ci il oktyabr ayının 21-də Azərbaycanda Salyan rayonunun Pirəbbə kəndində Rza kişinin ailəsində ilk körpə dünyaya göz açdı. Gəlişi ilə ailəyə sevinc bəxş edən uşağa babası Xəlil öz adını verdi. Körpə qayğı və nəvazişlə böyüdü. Onu yeddi yaşından məktəbə göndərdilər.
İki saylı Salyan şəhər orta məktəbində təhsil aldığı ilk illərdən Xəlil öz çalışqanlığı, fərasəti və davranışı ilə müəllimlərin rəğbətini qazandı. O, Salyan şəhər kitabxanasının ədəbiyyat dərnəyinin üzvü idi. 1939-1949-cu illərin məktəb həyatı Xəlilin bədii ədəbiyyat aləminə, necə deyərlər, poeziyanın əzablı, romantik yaradıcıhq meydanına çıxması üçün hazırhq dövrü oldu. Onun şifahi xalq ədəbiyyatını, klassik ve müasir yazıçıların əsərlərini mütaliə etməsi, istər-istəməz onda yazıb-yaratmağa güclü həvəs oyatmışdı. Xəlil onu həyəcanlandıran, düşündürən hadisələri bəzən poetik dillə ifadə etməyə çalışırdı. Onun ilk mətbu şeri "Kitab" 1948-ci ildə "Azərbaycan pioneri" qəzetində dərc olun-muşdur.
1949-cu ildə Xəlilin Azərbaycan Dövlət Uiver-sitetinin filologiya fakültəsinin jurnalistika şöbəsinə daxil olması, Bakı ədəbi mühiti onun yaradıcılıq imkanlarına geniş yol açdı: universitetdə ədəbiy-yatşünas-alim Cəfər Xəndanın, sonralar şair Bəxtiyar Vahabzadənin rəhbərlik etdiyi ədəbi dərnəkdə, is-tərsə də Azərbaycan Yazıçılar Birliyində xalq yazı-çısı Mirzə İbrahimovun başçılığı ilə keçirilən "Gənc-lər günü" məşğələlərində fəal iştirak etməsi Xəlil Rzanın şair kimi püxtələşməsinə ciddi təsir göstərdi.
1954-cü ildə Azərbaycan Dövlət Universitetini bitirən Xəlil Rza əmək fəaliyyətinə "Azərbaycan qadını" jurnalı redaksiyasında başlamışdır. O burada ədəbi işçi vəzifəsində çalışdığı iki ildə (1955-1957) dövri mətbuatda çap etdirdiyi məqalə və şerlərlə ədəbi ictimaiyyətin diqqətini cəlb etmişdir. 1954-cü ildə Xəlil Rza SSRİ Yazıçılar ittifaqının üzvü seçilir. Onun ilk şerlər toplusu - "Bahar gəlir" (1957) kitabı da nəşr olunur. 1957-ci ilin avqust ayında Azərbaycan Yazıçılar İttifaqı Xəlil Rzanı Moskvaya, M.Qorki adına Dünya Ədəbiyyat İnstitutu nəzdində olan ikiillik Ali Ədəbiyyat kurslarına göndərməsi də gənc şairin gələcəyinə inamla bağlı idi. Xəlil Rza Institutda rus ədəbiyyatının görkəmli sənətkarı Pavel Antokolskinin rəhbərlik etdiyi bölmədə poeziyanın nəzəri əsaslarını öyrənməklə yanaşı, dünya xalq-larının mədəni irsi ilə yaxından tanış olmuşdur. Moskvada təhsil illərində görkəmli rus şairi Samuil Marşakın evində və Yasnaya Polyanada dahi Lev Tolstoyun xatirə muzeyində olması, Leninqrada Er-mitaj xəzinəsinə kollektiv səfəri, Nazim Hikmət və Mixail Şoloxovla görüşləri gənc şairin xatirəsində dərin izlər buraxmışdır.
1959-cu ildə Xəlil Rza Bakıya qayıtdıqdan sonra Azərbaycan Dövlət Pedaqoji İnstitutunun aspirantu-rasında təhsilini davam etdirmişdir. O, 1963-cü ildə "Müharibədən sonrakı Azərbaycan sovet ədəbiy-yatında poema janrı (1945-1950)" mövzusunda yazdığı dissertasiyanı uğurla müdafiə etmiş, fılo-logiya elmləri namizədi elmi dərəcəsinə layiq görülmüşdür. Onu institutda müəllim kimi sax-lamışlar. Tələbə auditoriyasına müəllim kimi daxil olduğu gündən Xəlil Rza dərs proqramı çərçivəsi ilə məhdudlaşmamış, vətənpərvərlik ruhlu mühazirə-lərində qədim milli bəşəri dəyərlərimizdən və doğma dilimizdən ürək yanğısı ilə söhbət açmışdır.
Xəlil Rza Azərbaycan dilinin saflığı, əcnəbi dilin təsirinə məruz qalmaması üçün özünəməxsus mübarizə yolu da seçmişdi. Harada olursa-olsun doğma dilində təmiz damşmayan müsahibindən eşitdiyi hər yabançı kəlmə üçün 5 qəpik cərimə tələb edər, "danışığından məmnun qaldığı soydaşlarını bir manat məbləğində mükafatlandırardı". Beləliklə, o, müasirlərinin diqqətini ana dilinin safhğını qorumağa cəlb etməyə, digər tərəfdən ruslaşdırma siyasətinə qarşı mübarizə aparmağa çalışardı. Əlbəttə, bütün bunlar dövlətin hakim dairələrinin nəzər-diqqətindən yayınımr, çox çəkmir ki, onun ictimai-pedaqoji fəaliyyəti məhdudlaşdırılır. "Bilik" cəmiyyəti yolu ilə Azərbaycan rayonlarına göndərilməsi qadağan olunur. Şair Sabir Rüstəmxanlı yazır:
"Xəlil Rzanı başa düşməyənlər çox idi. Onun cəsarətli vətəndaşlıq şerlərini dinləməkdən belə qorxanların sayı min-min idi. O, kürsüyə qalxanda durub salonu tərk edirdilər. Xəlilin antisovet, antiimperiya çıxışlarına dəlilik kimi baxanlar, onun səsini kəsməyə çalışan, yüksək kürsülərə yolunu bağlayan, onu kiçiltmək istəyənlər Xəlil Rza iste-dadının Allah vergisi olduğunu, şairin Allah hökmü ilə danışdığını dərk edə bilmirdilər" (Bax: X.Rza. "Ömür kitabı"nı yazan şairə. Bakı, 1998, səh. 5.).
Xəlil Rza Azərbaycan Dövlət Pedaqoji İnsti-tutundan uzaqlaşdırıhr. Onu Azərbaycan Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutuna dəvət edirlər. Burada Xəlil Rza bütün qüvvəsini elmi-tədqiqat işinə və bədii yaradıcılığa həsr edir. Azərbaycan-Özbək ədəbi əlaqələri, Maqsud Şeyxza-dənin həyat və yaradıcılığı haqqında monoqrafık əsərlər üzərində çalışır. Buna baxmayaraq, Xəlil Rza yenə də "şübhəli şəxs" kimi təqib olunur, onun im-kanlarını məhdudlaşdırır, "təhlükəli ictimai müba-rizə" yolundan çəkindirməyə çalışırlar. 1984-cü ildə şairin "Ömürdən uzun gecələr" adlı kitabı və SSRİ xalqlarının dillərindən tərcümə edilmiş poetik əsər-lərdən ibarət "Qardaşhq çələngi" toplusu ictimaiyyət tərəfindən Azərbaycan SSR Dövlət mükafatına təqdim olunsa da, hakim dairələrin etinasızlığı ilə qarşılandı. Bu soyuq münasibət onu sarsıtmadı. Şairin ən böyük vəzifəsini yazıb yaratmaqda görən Xəlil Rza yorulmadan var qüvvəsi ilə çalışır; yeni şerləri, elmi araşdırmaları ilə təsəlli tapır. 1985-ci ildə "Maqsud Şeyxzadənin bədii yaradıcılığı və Azərbaycan-Özbək ədəbi əlaqələrinin aktual prob-lemləri" mövzusunda doktorluq dissertasiyası müda-fiə edir. 1986-cı ildə Azərbaycan ədəbiyyatnın in-kişafındakı xidmətlərinə görə ona əməkdar incə-sənət xadimi fəxri adı verilir.
80-ci illərin axırlarında xalq azadlıq hərəkatı genişləndiyi zaman Xəlil Rzanın gur səsi Azər-baycanın bütün regionlarında eşidilirdi. O, bütün varlığı ilə xalq hərəkatına qoşulmuşdu, hər yerdə rus şovinist siyasətini, Dağlıq Qarabağ torpağına təcavüz edən erməni daşnaklarını odlu-alovlu çıxışları ilə ifşa edirdi.

Biz Türküstan elləriyik,
Qeyrət, qüdrət selləriyik.
Daşnakları qovan bizik,
Dar gözləri ovan bizik.
Yetər meydan suladılar,
Yurdumuzu taladılar.
Bakımızı əzizləyək.
Əqrəblərdən təmizləyək!
Şölə versin bu ləl, mərcan -
Ermənisiz Azərbaycan!


Son günlərini yaşayan sovet imperiyası ömrünü uzatmaq üçün 1990-cı ilin yanvarında Azərbaycanın paytaxtı Bakıda dinc əhaliyə vəhşicəsinə divan tutdu. Bu qətliam, soyqırım siyasəti Qorbaçovun və onun əlaltılarının iradəsi ilə icra edilirdi. Bütün dünyanın açıq fikirli adamları bu aksiyanı, bəşər tari-xində misli görünməmiş qətliamı lənətlə qarşıladılar. Sovet ordusu tərkibində zirehli tanklarla, hərbi gəmilər və müasir silah növləri ilə yaraqlanıb xüsusi tapşırıqla Bakını gülləbaran edənlərin törətdiyi ci-nayətlər Xəlil Rzanı sarsıtmışdı. O, bütün qüvvəsi ilə gecə-gündüz dinclik bilmədən, ürəyini məşələ çe-virib xalqı düşmənlərə qarşı mübarizəyə səsləyirdi: xarici ölkə jurnalistlərinə verdiyi müsahibələrdə 20 yanvar hadisələrini, Qorbaçovun və onım əlaltıla-nnın qanlı əməllərini dünya ictimaiyyətinə çat-dırmağa çahşırdı.
1990-cı il yanvann 26-da Xəlil Rza SSRİ Dövlət Təhlükəsizliyi əməkdaşlan tərəfmdən həbs edilib Moskvaya Lefortovo həbsxanasına göndərilir. Aram-sız sorğu-sual, ağır ittiham şairin iradəsini qıra bilmir, o, zindanda da mübarizəsini davam etdirir. 8 ay 13 gün öz mühitindən təcrid olunmuş şair odlu-alovlu qəlbinin işığında "Lefortovo gündəliyini, 200-dən çox, şer, poema və məktubunu qələmə alır. Bu əsərlər mübariz şairin ictimai-siyasi dünyagörüşünü əks etdirməklə yanaşı, öz siqləti, bədii dəyəri, məzmunu cəhətdən milli poetik fikri zənginləşdirən misilsiz abidədir. "Lefortovo gündəliyi" şairin qəbul etdiyi Ulutürk təxəllüsünün vəsiqəsidir.
(Xəlil Rza 1990-cı il yanvarın iyirmi altısınadək - 40 illik ədəbi-bədii yaradıcılığı dövründə öz əsərlərini "Xəlil Xəlilov", "Xəlil Xəlilbəyli", "Xəlil Odsevər", "Xəlil Rza" təxəllüsləri ilə çap etdirmişdi. "Xəlil Rza Ulutürk" təxəllüsü ise şairin keçdiyi mü-barizə yolunun, ədəbi-mənəvi axtarışlarının məntiqi nəticəsi idi. Şair ömrünün son illərində, dörd il beş ay, 22 gün - 1994-cü il iyun ayının iyirmi iki-sinədək, dünyasını dəyişən günədək yazdığı şerlərdə və nəşr etdirdiyi kitablarda Xəlil Rza Ulutürk imza-sını qoymuşdur. Şairin vəfatından sonra, onun ömür-gün yoldaşı, vəfadan Firəngiz xanım XX əsrin axırlarından bu günədək Xəlil Rzanın şerlərini, gün-dəliklərini və tərcümələrini sahmana salıb sanballı kitab halında Xəlil Rza Ulutürk imzası ilə nəşr etdirməkdədir. O, Xəlil Rzanın yarımçıq işlərini -"işıq üzü görməyən küll halında qalmış əsərlərini" nəşr etdirməklə "onunla nəfəs alır", onu yaşadır, onu ölməzliyə, əbədiyyətə qovuşdurur).
Lefortovo həbsxanasında şəkər xəstəliyi olan Xəlil Rzanın səhhəti pozulmuşdu. 1990-cı il ok-tyabrın 9-da yatab qatarında Moskvadan Bakıya gətirilən Xəlil Rza, bir ay davam edən məhkəmə prosesindən sonra azadlığa buraxıldı. Necə deyərlər, bir dəri, bir sümük qalmış, bənizi saralmış şair fıziki halsızlığına, xəstəliyinə baxmayaraq, bəraət alıb azadlığa buraxıldığı ilk günlərdən yenə Azər-baycanın istiqlaliyyəti uğrunda mübarizə meydanına atılmışdı. Onun öz sözü ilə desək, düşmən ətini şişə çəksə də, fıl qüdrətini sındıra bilməmişdi.
Xəlil Rza Azərbaycan Respublikasının Ali So-vetinə növbəti seçkilərdə deputatlığa öz namizəd-liyini irəli sürmüş, seçkilərdə uğur qazansa da, onun seçilməsinə imkan verilməmişdir. Buna baxma-yaraq, Xəlil Rza vətəndaş şair kimi geniş oxucu kütlələri ilə, döyüş bölgələrində əsgərlərlə görüş-lərində şerlər oxuyur, alovlu çıxışlar edir, dinlə-yiciləri sərvaxt olmağa, istiqlaliyyət uğrunda mübarizəyə səsləyir, onlarda birlik və döyüşkənlik ruhu aşılayırdı.
1991-ci il mayın 6-da Xəlil Rza "Türk milləti mükafatı laureatı" fəxri adına layiq görülür. Bir ildən sonra, 1992-ci ildə ona Azərbaycan Respublikasının Xalq şairi fəxri adı verilir. Süleyman Dəmirəlin tapşınğı ilə cərrah Paşa adına Şəfa evində onun şəkərini və gözlərini müalicə edirlər. May ayının 19-da Həsaki Qəlb xəstəxanasında Xəlil Rzanın ürəyində cərrahiyyə əməliyyatı aparılır. 1993-cü il fevral ayının 11-də Bakıya qayıdan Xəlil Rza ayağından çıxarılan şırımın yeri bitişmədiyindən müalicə komissiyasmda həkimlərin nəzarəti altında saxlanıhr. Lakin çox çəkmir ki, həkimlərin məslə-hətinə görə, şairi Almaniyaya göndərirlər. 1993-cü il avqust ayının 23-də Xəlil Rza Firəngiz xanımla Bakı-İstanbul-Köln təyyarə marşurutu ilə Alma-niyaya gedir, Zolenger şəhər klinikasında müa-licəsini davam etdirir. Bakıya qayıdan Xəlil Rzanın bir müddətdən sonra yenə vəziyyəti ağırlaşır, onu Kardiologiya İnstitutunda müalicə edirlər.
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Fransaya rəsmi səfəri zamanı Xəlil Rza və Firəngiz xanım da nümayəndə heyətinin tərkibinə daxil edilmişdi. Bu tarixi səfər Xəlil Rzanın son səfəri oldu. Fransa səfərindən sonra tez-tez ön cəbhə bölgələrində, məktəb və mədəniyyət ocaqlarında, görüşlərdə çıxışlar edib şerlər oxuması, narahat həyat tərzi, yaradıcılıqla ciddi məşğııl olması onu haldan salıb vəziyyətini ağırlaşdırdı. Sonrakı müalicə nəticə vermədi. 1994-cü il iyunun 22-də bədii yaradıcılığının barlı-bəhərli çağında şairin vətən eşqi, xalq məhəbbəti ilə çırpınan ürəyi döyünmək-dən qaldı.
Xəlil Rza Ulutürk Fəxri Xiyabanda dəfn olundu, onun məzan üstündə şairin əzəmətli heykəli yük» səldildi.
Azərbaycan xalqının milli mübarizəsində xüsusi xidmətlərinə görə xalq şairi Xəlil Rza Ulutürk (ölü-mündən sonra) "Istiqlal" ordeni ilə təltif edildi. Onun adı əbədiləşdirildi.
Zaman keçsə də, Xəlil Rza Ulutürk yaddaşlardan heç vaxt silinməyəcək. Poeziya pərəstişkarları onun həmişəyaşıl ağacların qoynuna sığınmış məzarı üstündə ucaldılan, təzətər gül-çiçəyə qərq olmuş möhtəşəm "canlı" heykəlini həmişə ziyarət edəcək, xatirəsini əziz tutacaqlar.

ŞİİRLERİ: [Üye Olmadan Linkleri Göremezsiniz. Üye Olmak için TIKLAYIN...]

___________________İMZA___________________
Turana kılıncdan daha keskin, ulu kuvvet, Yalnız medeniyyet, medeniyyet, medeniyyet.

Hüseyin Cavid
Zaur Ã?evrimdıÅ?ı   Alıntı ile Cevapla
Alt 29.01.2009, 16:48   #42
Yazar
Zaur
Forumun Bir Parçası
 
Zaur - ait Kullanıcı Resmi (Avatar)
 
Bilgiler

Üyelik tarihi: 22.01.2008
Mesajlar: 747
Memleket: OUT OF TURKEY
Cinsiyet:
Zaur - İCQ üzeri Mesaj gönder Zaur - MSN üzeri Mesaj gönder
 
Fikirler Tecrübe Puanı: 49
İtibar Puanı: 205
Zaur hakkında olumlu dusunceler mevcutZaur hakkında olumlu dusunceler mevcutZaur hakkında olumlu dusunceler mevcut
Zaur - İCQ üzeri Mesaj gönder Zaur - MSN üzeri Mesaj gönder

Ettiği Teşekkür: 784
471 Mesajına 769 Kere Teşekkür Edlidi
Kalp Ayağa dur Azerbaycan!



Ayağa dur Azerbaycan

Ne yatmısan qoca vulkan seninleyim !
Ayağa dur Azerbaycan seninleyim !
Senden qeyri,
biz her şeyi böle billik.
Senden qeyri,
Biz hamımız öle billik.
Bu Şehriyar harayıdır,
Bu Bextiyar harayıdır.
Ayağa dur Azerbaycan!
Bunu bize zaman deyir,
Mezarından baş qaldıran baban deyir:
- Ner oğlu ner seninleyim!
Seninleyim silah tutan,
külüng tutan , yaba tutan,
Kösöy tutan nişanlı er seninleyim!
Seninleyim qız atası,
Hanı neren , hanı sesin?
Hani andın?
Yoxsa sen de yatmışlara, batmışlara,
Qeyretini satmışlara xırdalandın?
Gözünü sil veten oğlu,
Ayağa qalx!
Üfüqüne bir yaxşı bax,
Serhedine bir yaxşı bax,
Serhedinin kemendine bir yaxşı bax!
Dur içinden qorxunu boğ,
Ölümünle qalımını ayırd ele.
Dur içinden dovşanı qov,
Dur özünü Boz Qurd ele!
Varım - yoxum seninleyim,
Azım - çoxum seninleyim,
Şirin yuxum seninleyim
Yıxın meni söz atından, -
Atın meni tank altına,
Ezin meni xıncım - xıncım,
Kesmir eyer söz qılıncım.
Didin meni didim - didim,
Atın meni tank altına.
Qundaqdakı bir körpeni xilas edim.
Seninleyim,
Sözü qemli, özü demli
rehber adam!
1918 -de vuruşurdu
danışmirdı rencber atan,
rencber atam!
Oyat bizi ey yaradan seninleyim !
Ya birmerre yatırt bizi,
Ya birmerre oyat bizi.
Ya yeniden yarat bizi!
Ey yaradan, səninləyəm!
Seninleyim yatmış vulkan.
Seninleyim!
Ayağa dur Azerbaycan,
Seninleyim!


Memmed Araz . 19.03.1992.

___________________İMZA___________________
Turana kılıncdan daha keskin, ulu kuvvet, Yalnız medeniyyet, medeniyyet, medeniyyet.

Hüseyin Cavid
Zaur Ã?evrimdıÅ?ı   Alıntı ile Cevapla
Alt 29.01.2009, 17:00   #43
Yazar
Zaur
Forumun Bir Parçası
 
Zaur - ait Kullanıcı Resmi (Avatar)
 
Bilgiler

Üyelik tarihi: 22.01.2008
Mesajlar: 747
Memleket: OUT OF TURKEY
Cinsiyet:
Zaur - İCQ üzeri Mesaj gönder Zaur - MSN üzeri Mesaj gönder
 
Fikirler Tecrübe Puanı: 49
İtibar Puanı: 205
Zaur hakkında olumlu dusunceler mevcutZaur hakkında olumlu dusunceler mevcutZaur hakkında olumlu dusunceler mevcut
Zaur - İCQ üzeri Mesaj gönder Zaur - MSN üzeri Mesaj gönder

Ettiği Teşekkür: 784
471 Mesajına 769 Kere Teşekkür Edlidi
Kalp Ahmed Cavadın son şiiri.

Bütün ömrünü doğma vatanının istiklaliyyetine, azadlığına hesr etmiş ve bu yolda da şehidlik zirvesine ucalmış, yazdığı şiirlerle bütün insanları vatanın azadlığına çağıran, “Çırpınırdı Qara deniz” şiiri ile bütün türklerin dilinden düşmeyen Azerbaycan edebiyyatının incilerinden Ahmed Cavadın son şiirin sizlere takdim ediyorum. O, bu şiiri hapishanede iken en yakın dostuna ezberletmişdir ve demişdir ki, benim ölümümden sonra Azerbaycanın istiklaliyyeti berpa olundukda bunu halkıma çatdırarsan. Ahmed Cavadın dostu bu şiiri oğluna çatdırmışdır, oğlu insanlara ben de sizlere çatdırıyorum inşallah.


Men bir kulam, yük altında ezilmişem, gardaşım,
Sevinc bilmez bir mehkumam, ahu-perdedir sirdaşım.
Damğa vurub, zencirleyib tullamışlar zindana,
Qarlı-buzlu cehennemler mesken olmuşdur mene.

Mene dinme, sus deyirsen, ne vaktacan susacam,
Böhranların, hicranların, mehbesinde kalacam?
Niye susum, danışmayım, insanlıkda payım var,
Menim ana vetenimdir talan olan bu diyar.

Niye susum, danışmayım, Türk yurdudur bu torpak,
Oğuzların, elhanilerin vatanında kimdir, bak!
Bu dünyada azadlığı şan şöhretden üstün tut,
Alçaklığı, yaltaklığı, rezilliyi sen unut!

Nece susum, danışmayım, men eyleyim xəyanət (ihanet)?
Hanı sevgi, hanı vatan, de harda kaldı millet?
Men bir kulam, yerim kızıl, suyum gümüş, özüm ac,
Atam mahkum, anam sail, elim her şeye möhtaç.
Men Türk övladıyam, derin ağılım, zekam var,
Ne vaktacan çiynimizde gezecəkdir yağılar?
Ne kadar ki, hakimlik var, məehkumluk var, men varam,
Zülme karşı üsyankaram, ezilsem de susmaram!

Ahmed Cavad.


Bu şiiri TBMM - de (Türkiye Büyük Millet Meclisi) bir millet vekili herkesin karşısında okumuşdur.

___________________İMZA___________________
Turana kılıncdan daha keskin, ulu kuvvet, Yalnız medeniyyet, medeniyyet, medeniyyet.

Hüseyin Cavid
Zaur Ã?evrimdıÅ?ı   Alıntı ile Cevapla
Cevapla

Etiketler
azerbaycan, azeri şiir, şair


Konuyu Toplam 1 Üye okuyor. (0 Kayıtlı üye ve 1 Misafir)
 
Seçenekler Arama
Stil

Yetkileriniz
Konu Acma Yetkiniz Yok
Cevap Yazma Yetkiniz Yok
Eklenti Yükleme Yetkiniz Yok
Mesajınızı Değiştirme Yetkiniz Yok

BB code is Açık
Smileler Açık
[IMG] Kodları Açık
HTML-Kodu Kapalı
Hizli Erisim


Tüm Zamanlar GMT +3 Olarak Ayarlanmış. Şuanki Zaman: 13:28.


Powered by vBulletin® Version 3.7.4
Copyright ©2000 - 2018, Jelsoft Enterprises Ltd.
Yazılan yazılar ve yayınlanan resimlerin tüm hakları yazan kişiye aittir. Site hakları Aleviweb.com adına saklıdır.

Yandex.Metrica